Türkiyəli aktyor Akın Akınözünün baş rolda olduğu “Aşk ve Taht” serialı final bölümü ilə reytinq siyahılarında gözləniləndən aşağı nəticələr göstərib.

Dergi.az xəbər verir ki, “ATV” kanalında yayımlanan serialın son bölümü “Total”, “AB” və “ABC1” kateqoriyalarında 1 bal həddini keçə bilməyib və 0,85 reytinqlə 30-cu pillədə qərarlaşıb.

Gecənin reytinq siyahısında “Sevdan Bir Ateş” və “Yeraltı” serialları daha yüksək nəticələr əldə edib.

Beləliklə, “Aşk ve Taht” serialı ekran macərasını gözlənilən uğuru əldə etmədən başa vurub.