Türkiyənin məşhur “Mümkün Sevgi” serialının final seriyasının yayımlanma tarixi açıqlanıb.
Dergi.az xəbər verir ki, romantik komediya janrında olan serialın 20-ci seriyası 29 oktyabr 2026-cı ildə yayımlanacaq. Serial 2026-cı ilin yayında başlamış və reytinqlərdə öz yerini tapmaqda çətinlik çəkmişdir.
Baş rollarda Ayça Ayşin Turan, Ekin Koç və Feyyaz Şerifoğlu çıxış edir. Serialın süjetində şəxsi həyatında uğursuzluqlar yaşayan Defne adlı qadın hüquq firmasında işə başlayır və burada Kadir və Tolqa adlı iki fərqli kişi ilə tanış olur. Hər ikisi Defne’ye aşiq olur və o, öz hisslərini anlamağa çalışaraq çətin bir seçim qarşısında qalır.
