Türkiyəli aktyor Peker Açıkalın “Avrupa Yakası” serialında canlandırdığı Qafur obrazı ilə tanınır. O, sosial media hesabında etdiyi paylaşımda həm sektora sitem edib, həm də prodüserlərə açıq mesaj göndərib.
Dergi.az xəbər verir ki, Açıkalın 50 ilə yaxın müddətdir aktyorluqla məşğul olduğunu xatırladıb və bu müddətdə topladığı təcrübənin qarşılığını görmək istədiyini bildirib. Aktyor, keçmiş uğurlarını xatırlatmaqla yanaşı, gələcəkdə də işləməyə hazır olduğunu vurğulayıb.
Peker Açıkalın, özünü övmək üçün bu paylaşımı etmədiyini və fərqli obrazları canlandırmağa hazır olduğunu qeyd edib. O, maddi vəziyyətini açıq şəkildə dilə gətirərək “Pul lazımdır, pul!” ifadəsini işlədib.
Aktyor, sektorda hər kəsin aktyor ola biləcəyini düşündüyünü və bu vəziyyətin təcrübəli aktyorların yeni layihələrdə yer tapmaqda çətinlik çəkməsinə səbəb olduğunu bildirib.
Keçmişdə sağlamlıq problemləri ilə gündəmə gələn Açıkalın, 2011-ci ildə keçirdiyi infarkt və 2024-cü ildə beyin qanaması keçirdiyi iddialarını təkzib edib. O, sağlamlığının yerində olduğunu və hər hansı bir problem yaşamadığını açıqlayıb.
