Türkiyəli aktrisa Sevda Erginci həyatında yeni bir səhifə açıb. “Yasak Elma” və “Elkızı” serialları ilə tanınan aktrisa memar Efe Saydut ilə evləndikdən sonra İstanbuldan ayrılaraq İzmirin Urla rayonuna köçüb.
Dergi.az xəbər verir ki, Sevda Erginci İstanbulun sıx tempindən uzaqlaşıb daha sakit bir həyat yaşamağa başlayıb. O, bu yeni həyat tərzindən çox məmnun olduğunu bildirib.
Aktrisa Nişantaşında görüntülənərkən jurnalistlərin suallarını cavablandırıb və İzmirin sakitliyinin ona yaxşı təsir etdiyini söyləyib. Erginci, “Keyfim yerində… İzmir buraya görə sakitdir” deyə qeyd edib.
Sevda Erginci Urla-da daha yavaş həyat tərzinə alışmağa çalışdığını və bu dəyişimin onun üçün fərqli bir təcrübə olduğunu vurğulayıb. O, təbii yaşama uyğunlaşmağa çalışdığını da əlavə edib.
Görünür ki, aktrisa yeni həyatında özünə daha sakit bir məkan açıb və İzmirin sakitliyindən böyük zövq alır.
