Türkiyəli müğənni Sıla İzmir Kültürpark Açıq Hava Teatrında verdiyi konsertdə xüsusi qonağı ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, sənətçinin 101 yaşlı nənəsi Süheyla xanım konserti izləyənlər arasında olub.
Sıla səhnədə çıxışı zamanı nənəsinin konsertə qatılmasından dolayı duyğulandığını bildirib. “Bu axşam mənim üçün çox özəl bir axşamdır. Mənə sürpriz ediblər. Son anda xəbərim oldu. Nənəm buradadır” deyən müğənni səhnədən enərək Süheyla xanımın yanına gedib.
