Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs İzmir şəhərində “Kadıköy Boğası” ləqəbli Mustafa Başaranla görüşüb.
Dergi.az xəbər verir ki, alış-veriş mərkəzində baş tutan görüşdən sonra Tatlısəs köməkçilərinin yardımı ilə təkərli kürsüyə oturdularaq avtomobilinə qədər müşayiət edilib. Müğənninin fiziki terapiyası davam edir.
Tatlısəsin alış-veriş mərkəzindəki görüntüləri sosial mediada sürətlə yayımlanıb və bu görüş mətbuatın diqqət mərkəzində olub.
