Amerikalı aktrisa Nikol Kidman Parisdə keçirilən Moda Həftəsinin son günündə Chanel moda nümayişinə qızı Feys ilə birlikdə qatılıb.
Dergi.az xəbər verir ki, tədbirdə Kidmandan başqa rusiyalı jurnalist Ksenia Sobçak, müğənni Dua Lipa, fransız aktrisa Marion Kotiyar, model Rozi Hantinqton-Uaytli və bir çox digər məşhurlar da iştirak edib.
59 yaşlı Nikol Kidman mini ətək və hündür dabanlı ayaqqabılarla, 15 yaşlı qızı Feys isə brendin loqolu kardiqan və cins şalvarla diqqət çəkib. 43 yaşlı Ksenia Sobçak qırmızı Chanel kostyumunda, aksesuarlar və gün eynəyi ilə poz verib.
Chanel nümayişində rusiyalı supermodellər Nataşa Poli və Anna Vyalitsina da iştirak edib. Abxaziyalı model Aditsa Berzenia və Alina Miller də podiumda yer alıb.
