Məşhur müğənni SZA gələn il keçiriləcək “Coachella” musiqi festivalının baş ifaçılarından biri olacaq.

Dergi.az xəbər verir ki, gələn il aprelin 9-11-i və 16-18-i tarixlərində Kaliforniyada keçiriləcək festivalın baş ifaçıları Dua Lipa, Tame Impala və SZA olacaq.

Festival çərçivəsində Madonna, JISOO, BABYMONSTER, Zara Larsson, Peggy Gou, Phoebe Bridgers, Weezer, Robyn, Becky G, Don Toliver, Martin Garrix, Tiësto, Kygo və Daddy Yankee kimi məşhur sənətçilər də səhnəyə çıxacaq.