Amerikalı müğənni Madonna böyük qızı Lourdes Leonun 30 yaşını qeyd edib.

Dergi.az xəbər verir ki, Madonna sosial şəbəkələrdə qızını təbrik edərək ailə arxivindən nadir fotolar paylaşıb. Təbrikində o, Lourdesin doğumunun dramatik olduğunu və aralarındakı bağın xüsusi olduğunu vurğulayıb.

Madonna qızına xəyallar qurmaqdan vaz keçməməyi tövsiyə edib və onunla bağlı duyğularını ifadə edib.

Lourdes Leon Madonnanın kubalı əsilli fitnes məşqçisi Karlos Leonla münasibətindən doğulub. Cütlük qızlarının doğulmasından bir il sonra ayrılıb.