Amerikalı aktrisa Nikol Kidman və qızı Feyt Kidman Urban Paris Moda Həftəsində birgə iştirak ediblər.
Dergi.az xəbər verir ki, 59 yaşlı “Oskar” mükafatlı aktrisa və onun 15 yaşlı qızı Parisdə keçirilən “Chanel” moda evinin 2027-ci ilin yaz-yay qadın kolleksiyasının nümayişində iştirak ediblər.
Tədbirdə müğənni Dua Lipa, Rozi Hantinqton-Uaytli, Olivia Uayld və Marion Kotiyar da qonaqlar arasında olub.
Dua Lipa “Chanel” tərəfindən hazırlanmış, tüklərlə bəzədilmiş qırmızı libas geyinib və görünüşünü mirvarilərlə işlənmiş əl çantası ilə tamamlayıb. Parlaq rəng və tüklü tekstura onun geyimini tədbirdə ən çox diqqət çəkən obrazlardan birinə çevirib.
