Türkiyəli aktyor Erkan Petekkaya müqavilələrinə əlavə etdiyi xüsusi bir maddə ilə gündəmə gəlib. O, qatıldığı proqramda barmağındakı üzüyün onun üçün adi bir aksesuar olmadığını açıqlayıb.

Dergi.az xəbər verir ki, Petekkaya bəzi layihələrdə üzüyü çıxarmamaq üçün müqavilələrinə xüsusi maddə əlavə etdiyini bildirib. Aktyor, TV100-də Mesut Yar və Ozan Zeybekin təqdim etdiyi proqramda iştirak edərkən bu vərdişini açıqlayıb və üzüyün arxasındakı ailə hekayəsini bölüşüb.

Petekkaya oğlu doğulduğu gün ona xüsusi bir üzük hazırlatdığını və bu üzüyü oğluna 18 yaşına çatdığında vermək istədiyini söyləyib. Aktyor bu qərarının arxasındakı düşüncəni belə izah edib: ‘Oğlum ilk doğduğu gün bir üzük hazırlatdım; 18 yaşına gəldiyində ona verəcəyəm, bizdən ona yadigar qalsın.’

Petekkaya oğluna üzüyü verdiyini, lakin oğlunun üzüyü tarzına uyğun tapmadığı üçün taxmadığını, amma ən dəyərli əşyaları arasında saxladığını bildirib. Aktyor isə oğluna üzüyü verdiyi gün özü üçün yeni bir üzük alıb və bu üzüyü də gələcəkdə nəvəsinə verməyi planlaşdırır.