Türkiyəli müğənni Mahsun Kırmızıgül Kiprdə 43-cü qurtuluş ildönümü tədbirləri çərçivəsində səhnə alıb.

Dergi.az xəbər verir ki, konsertdən əvvəl jurnalistlərin suallarını cavablandıran Kırmızıgül, müğənnilərin yeni il konsert haqları ilə bağlı yayılan astronomik rəqəmlərə etirazını bildirib. “Belə şeylər etməyin. Hər kəs o rəqəmləri görüb məni axtarmağa başladı. ‘Necəsən, yaxşısan?’ deyə soruşurlar. Abartılır qardaşım,” deyə o, qeyd edib.

Mahsun Kırmızıgül həmçinin kino sektorundakı iqtisadi çətinliklərə də toxunub. O, “Hər kəs daşın altına əlini qoymalıdır. Sən mən məsələsi deyil, biz olmalıyıq. Kino həmişə qəlbimdə yatan bir aslandır,” ifadələrini işlədib.

Kırmızıgül səhnə şousunda uşaqlıq görüntüləri ilə duet etdiyini və artıq yalnız mahnı oxumağın deyil, səhnədə bir hekayə danışmağın lazım olduğunu bildirib.