Türkiyəli aktrisa Meryem Uzerli İstanbulda qaldığı oteldə maraqlı bir hadisə yaşayıb və bunu sosial media hesabında paylaşıb.

Dergi.az xəbər verir ki, Meryem Uzerli oteldə yan otağın qapısını səhvən döyüb və bu anları izləyiciləri ilə bölüşüb.

2011-2014-cü illərdə yayımlanan “Muhteşem Yüzyıl” serialında Hürrem Sultan rolunu canlandıran Uzerli, “Gecenin Kraliçesi”, “Annemin Yarası”, “Eşkıya Dünyaya Hükümdar Olmaz”, “Cingöz Recai”, “Öteki Taraf” və “Kovan” kimi layihələrdə də iştirak edib.