Rusiyalı rejissor Valeriya Qay Germanika plastik əməliyyatdan sonra özünü Luçiya Qurçenko ilə müqayisə edib və özünü “pensionerka” adlandırıb.
Dergi.az xəbər verir ki, rejissor sosial media hesabında qızı ilə danışdığı bir video paylaşıb və “Məni göstərmək olmaz, mən Qurçenkoya oxşayıram. Bax mənə, mən pensioneram” deyib.
Valeriya Qay Germanikanın plastik əməliyyatdan sonra yeni üzü sosial şəbəkələrdə müzakirə olunub. Rejissor tənqidlərə cavab olaraq, tənqidçilərdən “məni izləməyin” deyə video paylaşıb.
Qeyd edək ki, Valeriya Qay Germanika “Şkola”, “Qızlar”, “Hamı öləcək, mən qalacam” kimi provokativ işləri ilə tanınır. Onun üç övladı var.
