Türkiyəli aktyor Erkan Kolçak Köstendil Çukur serialında canlandırdığı Vartolu Sadettin obrazının süni intellekt tərəfindən icazəsiz istifadə edilməsi ilə bağlı qalmaqala reaksiya verib.

Dergi.az xəbər verir ki, Ay Yapım şirkətinin süni intellekt studiyası AI Yapım tərəfindən hazırlanan Çukur Vartolu layihəsində aktyorun rəqəmsal surətindən istifadə edilməsi müzakirələrə səbəb olub. İddialara əsasən, Köstendil bu işdən xəbərsiz olub və icazə verməyib.

Aktyorlar İttifaqı bu məsələyə reaksiya verərək, heç bir şəxsin görüntüsü və səsinin açıq icazəsi olmadan rəqəmsal mühitdə kopyalanmasının mümkün olmadığını vurğulayıb.

Köstendil sosial media hesabında layihədə istifadə olunan görüntünü paylaşaraq süni intellekt texnologiyasını ironik şəkildə tərifləyib və izləyicilərinə görüntünün kimə bənzədiyini soruşub.

Bundan əlavə, Köstendil Çukur serialı ilə bağlı Instagram hesabındakı əvvəlki paylaşımlarını da silib.