Rusiyalı model Liza Adamenko model karyerasını yenidən bərpa edib və bu dəfə körpəsi ilə birlikdə fəaliyyət göstərməyə başlayıb.

Dergi.az xəbər verir ki, Liza Adamenko 13 yaşında “LUKoil”in Sinqapur şöbəsinin top-meneceri Valentin İvanovla tanış olub və 18 yaşında onunla Fransada evlənib. Ancaq evlilikləri tezliklə problemlərlə dolu bir münasibətə çevrilib.

Liza Adamenko, həyat yoldaşının ona qarşı fiziki zorakılıq etdiyini və “qızıl qəfəsdə” saxladığını bildirib. 2017-ci ildə Nyu-Yorkda baş verən qalmaqallı hadisədən sonra o, həyat yoldaşından qaçaraq boşanma üçün müraciət edib.

Boşandıqdan sonra “Xolostyak” televiziya layihəsində iştirak edən model, finalda başqa bir iştirakçıya məğlub olub. İndi isə həyatında sükunət və xoşbəxtlik dövrü başladığını göstərir.

XƏBƏRİN VİDEOSU

0:00 / 0:00