Türkiyəli aktyor Talat Bulut, Haluk Bilginerin illər öncə etdiyi bir açıqlamaya görə həmkarına sərt çıxış edib.

Dergi.az xəbər verir ki, Bilginerin “Türk sineması” əvəzinə “Türkiyə sineması” ifadəsinin istifadə edilməsini təklif etməsi yenidən gündəmə gəlincə, Bulut da müzakirəyə qoşulub. Aktyor Bilginerin İngilis vətəndaşlığına da toxunaraq, sərt sözlər səsləndirib.

Talat Bulut 14 noyabrda Beyoğlu Sinemasında təşkil olunan xüsusi nümayişdə iştirak edib. Rejissor Orhan Oğuzun “Her Şeye Rağmen” filminin nümayişində iştirak edən Bulut, Bilginerin açıqlamasını doğru hesab etmədiyini açıq şəkildə ifadə edib. O, “Türkiyədə məşhur olub, Türkiyədə çox pul qazanan bir İngilis vətəndaşının 114 illik Türk sineması kimliyini dəyişdirməsi bir nankörlüktür” deyə bildirib.

Müzakirə zamanı yalnız Talat Bulut danışmayıb. Nümayişdə iştirak edən rejissor Orhan Oğuz da öz fikrini açıq şəkildə bildirib. Oğuz, “Saçmalamasınlar, təbii ki, Türk sineması” sözləri ilə Bilginerin təklifinə qatılmadığını göstərib.

Aktyor Şerif Sezer də müzakirəyə qısa, lakin aydın bir cavab verib: “Türk sineması təbii ki.”