Türkiyəli aktyor Murat Cemcirin TR 40 33 Productions adlı istehsal şirkəti haqqında iflas qərarı verilib.

Dergi.az xəbər verir ki, İstanbul 1-ci Asliye Ticarət Məhkəməsi şirkətin maliyyə çətinlikləri səbəbindən iflasına qərar verib.

Murat Cemcir “Şapkalı Kedi” filminin ön göstərimində şirkəti ilə bağlı suallara cavab verib. Aktyor bildirib ki, şirkətin yetkililərinə çatmayan bir bildiriş var idi və bu səbəbdən məlumatlı deyildilər. Lakin xəbərdar olduqdan sonra vəkilləri lazımi itirazları ediblər. O, məsələnin hüquqi prosedurla davam edəcəyini və onların xeyrinə nəticələnəcəyini düşündüyünü qeyd edib.

2016-cı ildə qurulan TR 40 33, “Çalgı Çengi İkimiz” və “Ailecek Şaşkınız” kimi filmlərlə böyük uğurlar qazanmışdı.