Türkiyəli aktyor Ayhan Işıkın aktyorluqdan əvvəl rəssamlıqla məşğul olduğu məlum olub.
Dergi.az xəbər verir ki, türk sinemasının unudulmaz simalarından biri olan Ayhan Işık, İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasının Rəsm Bölümündə təhsil alıb. O, burada Türk rəssamlıq sənətinin önəmli adlarından Bedri Rahmi Eyüboğlunun tələbəsi olub və 1953-cü ildə məzun olub.
Gənc yaşlarında ailəsinə dəstək olmaq üçün Babıali’də işləməyə başlayan Işık, qəzet və jurnal üçün hekayə rəsmləri, üz qabığı dizaynları və illüstrasiyalar hazırlayıb. Həmçinin bir müddət İstanbul Darphanəsində rəssam olaraq çalışıb.
Ayhan Işıkın sənətlə əlaqəsi yalnız rəssamlıqla məhdudlaşmayıb. O, uşaq jurnalları üçün karikatur və çizgi romanlar hazırlayıb. Fransız rəssam Claude Monetdən təsirləndiyini açıqlamalarında bildirib.
1951-ci ildə Yıldız jurnalının təşkil etdiyi artist yarışmasında Belgin Doruk ilə birinci yeri tutaraq sinemaya keçid edib. “Kanun Namına” filmi ilə tanınan Işık, “Taçsız Kral” ünvanını qazanıb.
