Yeşilçamın tanınmış aktyoru Nihat Ziyalan 90 yaşında Avstraliyada vəfat edib.
Dergi.az xəbər verir ki, 1980-ci ildən Avstraliyada yaşayan Ziyalanın 11 oktyabr bazar günü Sidney şəhərində dünyasını dəyişdiyi bildirilib.
Nihat Ziyalan sinemada sərt baxışları və canlandırdığı unikal obrazlarla tanınırdı. “Sezercik Aslan Parçası” filmindəki “Nedim” rolu ilə geniş kütlələr tərəfindən sevilmişdi. O, Türkan Şoray, Kadir İnanır, Hülya Koçyiğit kimi Yeşilçamın nəhəng adları ilə eyni layihələrdə iştirak edib.
Ziyalan həmçinin ədəbiyyat sahəsində də məhsuldar idi. İlk şeir kitabını 1963-cü ildə nəşr etmiş və Avstraliyaya köçdükdən sonra da yazmağa davam edib.
Adana ilə əlaqəsini qoruyub saxlayan sənətçi, 2009-cu ildə Çukurova Mükafatına layiq görülmüşdü. Onun ölümü sənət camiəsində dərin kədər doğurub.
