Türkiyəli aktyor Göksel Arsoy 90 yaşında vəfat edib. Yeşilçam’ın “Altın Çocuk” ləqəbli usta aktyorunun vəfat xəbəri kino dünyasında kədər yaradıb.
Dergi.az xəbər verir ki, usta aktyorun ölümünü qızı Aşkım Arsoy açıqlayıb. Göksel Arsoyun dəfn mərasimi çərşənbə günü keçiriləcək.
Aktyor mart ayında ailəsi ilə birlikdə 90-cı yaşını qeyd etmişdi.
Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, türk sinemasının “Altın Çocuk” ləqəbli usta aktyoru və prodüseri Göksel Arsoyun vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb. Nazir Ersoy sosial media hesabından paylaşım edərək, Göksel Arsoyun türk sinemasında buraxdığı izlərə diqqət çəkib və onun vəfatını dərin kədər hissi ilə öyrəndiyini bildirib.
