Türkiyəli Yeşilçam aktrisası Özcan Tekgül, 2011-ci ildə keçirdiyi yol qəzası nəticəsində həyatını itirib.
Dergi.az xəbər verir ki, Tekgül 1950-ci illərdə bir gözəllik müsabiqəsində qalib gələrək şöhrət qazanıb və daha sonra teatr və kinoya keçid edib. O, “Kaybolan Gençlik”, “Yaşlı Gözlər”, “Garipler Adası” kimi filmlərdə rol alıb.
Aktrisa, karyerasının son dövrlərində Antalya’nın Kemer bölgəsində sakit bir həyat seçib. 2011-ci ildə Antalya-Serik yolunda baş verən avtomobil qəzasında ağır yaralanıb və xəstəxanaya çatdırılsa da, həyatını itirib.
Özcan Tekgülün cənazəsi isə 3 gün boyunca morqda qalıb, çünki onu götürməyə heç kim gəlməyib. Daha sonra Uncalı Qəbiristanlığında dəfn edilib.
