Rusiyalı rejissor Valeriya Qay Germanikanın plastik əməliyyat etdirdiyinə dair iddialar sosial mediada müzakirə olunub.

Dergi.az xəbər verir ki, 42 yaşlı rejissorun qalereyada çəkilmiş videosunda gözlərinin dəyişmiş görünüşü izləyicilər tərəfindən diqqət çəkib. İzləyicilər “pişik gözləri” əməliyyatının uğursuz olduğunu iddia ediblər.

Valeriya Qay Germanika isə yeni video paylaşaraq, əməliyyatla bağlı tənqidlərə cavab verib. O, izləyicilərinə “mənfi şərhlər yazanların onu izləməməsini” tövsiyə edib və evdə uzun müddət qalmaq istəmədiyini bildirib.

Bəzi izləyicilər isə rejissoru dəstəkləyərək, əməliyyatın uğurlu olduğunu və reabilitasiya dövründən sonra hər şeyin qaydasına düşəcəyini vurğulayıblar.

Bununla belə, bəzi istifadəçilər Germanikanın diqqət çəkmək üçün plastik əməliyyat iddiasını uydurduğunu düşünürlər.