Türkiyəli aktyor Gökberk Yıldırım “Haysiyyət” serialının yeni bölümündə Tufan obrazını canlandırıb və son hadisələrlə bağlı açıqlamalar verib.

Dergi.az xəbər verir ki, Yıldırım, Asir Gündoğdu tərəfindən canlandırılan Aziz obrazının ölümünün Karlıova ailəsi üçün böyük bir sarsıntı yaradacağını bildirib. O, ailənin çətin bir proseslə qarşılaşacağını deyib.

Gökberk Yıldırım, “Karlıova ailəsinin üzərinə böyük bir yük düşəcək. Bu, bəzi şeylərin başlanğıcı, bəzilərinin isə sonu olacaq” deyə qeyd edib.

Aktyor, “Ağzımızdan çıxanlara diqqət etməliyik, çünki nə vaxt və harada təsir göstərəcəyini bilmərik” ifadələrini işlədib.

Yıldırım, bu hadisələrin böyük bir döngünün başlanğıcı olacağını vurğulayıb və “Bir ölüm bəlkə də yeni bir həyatın başlanğıcı olacaq” deyə əlavə edib.