Türkiyəli aparıcı və keçmiş Survivor iştirakçısı Hakan Hatipoğlu, TikTok üzərindən qazanc əldə edən keçmiş Survivor iştirakçıları haqqında şok açıqlamalar verib.

Dergi.az xəbər verir ki, Hatipoğlu, TV8-də yayımlanan “Gel Konuşalım” proqramında keçmiş Survivor iştirakçılarının TikTok yayımından gecə ərzində 300-400 min TL qazandığını iddia edib. O, rəqəmsal platformalarda hədiyyə göndərmə mədəniyyəti üzərindən pul qazanma cəhdlərini tənqid edib.

Hatipoğlunun bu açıqlaması sosial mediada böyük marağa səbəb olub və gözlər həmin iştirakçıya çevrilib. İddialar əsasında, keçmiş Survivor iştirakçısı Asena Demirbağ-ın adı önə çıxıb.

Sosial mediada müzakirələr davam etsə də, hələlik tərəflərdən rəsmi açıqlama verilməyib.