Türkiyəli aktrisa Helin Elveren, “Daha 17” serialında canlandırdığı Deniz rolu ilə geniş bir izləyici kütləsinə çatıb. Aktrisa şəxsi həyatında sevgi mövzusunda danışıb və bildirib ki, çox sevgi insanı deyil və sevginin ona yaxşı gəlmədiyini düşünür.
Dergi.az xəbər verir ki, Helin Elveren özünü əvvəlcə məsafəli, sonradan isə səmimi, emosional və əyləncəli biri kimi təsvir edib. Aktrisa utancaqlığını və hər şeyi nəzarətdə saxlamaq istəyini azaltmaq istədiyini qeyd edib.
“Daha 17” serialının uğuru ilə gələn diqqətin onu çox sevindirdiyini bildirən Elveren, gənc aktyorlar arasındakı rəqabətin onu qorxutmadığını, əksinə motivasiya etdiyini vurğulayıb. O, hər kəsin xəyallarına çatmasını arzuladığını deyib.
Deniz obrazı ilə xüsusi bağ qurduğunu ifadə edən aktrisa, çəkiliş meydanına özünü Helin deyil, obrazı kimi getməyə çalışdığını bildirib. O, aktyorluğun ona həm özünü kəşf etməyə, həm də özgüvən qazanmağa kömək etdiyini deyib.
Helin Elveren, roluna hazırlaşarkən başqa aktyorlardan ilham almaqdansa, öz təcrübələrindən bəhrələndiyini və tənqidlərə konstruktiv yanaşdığını ifadə edib. Aktrisa izləyicilərinin onu təbii halı ilə sevməsini istədiyini bildirib.
