Türkiyə serialı Daha 17-də Aras, Serhatın qatili ilə bağlı sirri açıb. Teomanı qorumağa çalışarkən vurulan Aras, pəncərə ilə bağçadakı mazğal arasındakı əlaqəni kəşf edib və Serhatın öldüyü gecə otağa başqa birinin girdiyini anlayıb.

Dergi.az xəbər verir ki, Arasın qardaşının günahsızlığına olan inamı daha da güclənib. Teoman isə həmin gecəyə dair bəzi detallarını xatırlamağa yaxınlaşıb.

Serialda Teoman ilə Deniz arasındakı yaxınlaşma artıq gizlənə bilməz hala gəlib. Deniz cəbhəsində isə sürpriz bir hadisə baş verib. Nuray ilə Feza arasındakı qarşılaşma izləyicilərin “Deniz və Sıla bacıdırmı?” sualını ortaya çıxarıb.

Daha 17 serialı bütün izləyici kateqoriyalarında zirvədə qərarlaşıb. Tüm Kişilər kateqoriyasında izlənmə payı 22,55 faiz olub. Serialın yeni bölümləri bazar axşamları Kanal D-də yayımlanır.