Türkiyənin məşhur “Mercan Köşk” serialının yeni seriyasında ayrılıq rüzgarları əsəcək. Serialın baş qəhrəmanı Cemre, Aras ilə əlaqəsini bitirmək qərarına gəlib.

Dergi.az xəbər verir ki, bu qərar Aras üçün gözlənilməz olub və onu dərin şəkildə sarsıdacaq. Serialın növbəti seriyası şənbə günü saat 20:00-da yayımlanacaq.

“Mercan Köşk” serialı portakal bağçalarında keçən intiqam və imkansız bir eşq hekayəsini izləyicilərə təqdim edir.