Türkiyənin “Mercan Köşk” serialı 7-ci seriyada final edəcək.

Dergi.az xəbər verir ki, Faro və Sinehane tərəfindən istehsal olunan serial Tarsusun qədim torpaqlarında çəkilib və ilk etapda müsbət rəylər alsa da, reytinqlərdə uğur qazana bilməyib. Serialın yayım günü digər layihələrlə rəqabətə dözə bilməyib və kanalın gözləntilərini qarşılamayıb.

Yapımçılar və kanal rəhbərliyi “Mercan Köşk”ün 7-ci seriyada sonlanmasına qərar verib.

Serialın final qərarı sosial mediada izləyicilər tərəfindən təəssüf hissi ilə qarşılanıb.