Braziliyalı model Alessandra Ambrosio dənizdə topless üzərkən görüntülənib. Model sosial media hesabında istirahət zamanı çəkilmiş yarıçılpaq fotolarını paylaşıb.

Dergi.az xəbər verir ki, Ambrosio şəkillərə “Günəşin qızı, dəniz həvəskarı” başlığını əlavə edib. Modelin dənizdəki bu cəsarətli şəkilləri izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.

Ambrosio avqust ayında biznesmen Ceymi Mazurdan olan qızı Anianın 18 yaşını qeyd edib. Modelin Aniyadan başqa, 14 yaşında Noa adlı oğlu da var. Alessandra 2018-ci ildə Mazurdan ayrıldıqdan sonra zərgərlik dizayneri və keçmiş model Bak Palmer ilə münasibətdədir. Palmer avqust ayında ona evlilik təklifi edib.

Ambrosio tez-tez müxtəlif məşhur tədbirlərdə iştirak edir. O, 83-cü Beynəlxalq Venesiya Film Festivalının qırmızı xalçasında, “Oskar” və “Qızıl Qlobus” mükafatlarının qala gecələrində iştirak edib.