Rusiyalı müğənni Stas Mixaylov həyat yoldaşı İnnanın ona verdiyi arıqlama iynələrinə qarşı olduğunu açıqlayıb. Müğənni “Komsomolskaya Pravda”ya müsahibəsində bu iynələrdən istifadə təcrübəsinin uğursuz olduğunu bildirib.
Dergi.az xəbər verir ki, Mixaylov iynələri beş il əvvəl sınadığını və özünü pis hiss etdiyini qeyd edib. O, bu iynələrdən bir-iki ay istifadə etdikdən sonra daha onları qəbul etməməyi qərara alıb, çünki o dövrdə oynaqlarda ağrılar hiss edib.
Hazırda Stas Mixaylovun ailəsindəki problemlər müzakirə olunur. Sentyabr ayında həyat yoldaşı İnna onunla ayrılacağını açıqladıqdan sonra, Mixaylovun gənc köməkçisi Yelena Davidoviç ilə münasibətdə olduğu barədə şayiələr yayılıb. İnna əvvəlcə bu iddiaları təkzib etsə də, sonradan ərinin dostu ilə xəyanət etdiyi barədə işarə edib.
Xatırladaq ki, Stas və İnna Mixaylovlar 2011-ci ildən evlidirlər. Cütlüyün iki qızı var: 17 yaşlı İvanna və 14 yaşlı Mariya.
