Rusiyalı bloger Lerçek bloqunda reklam qiymətlərinin yüksək olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Dergi.az xəbər verir ki, Lerçek sosial media hesabında açıqlama yayaraq reklam qiymətlərinin 30, 50, 100 milyon rubla çatdığı barədə iddiaların köhnə olduğunu bildirib. O, bu məlumatların üç ildən çox əvvəl yayıldığını və 2023-cü ildə ilk cinayət işinin bitdiyi zaman meneceri tərəfindən göndərildiyini qeyd edib.
Bloger əlavə edib ki, bir il yarım internetdən uzaq qalıb və ilk storisini sataraq vergi ödəmək üçün pul qazanmağa çalışıb.
Lerçek, insanları aldatmağı sevmədiyini vurğulayıb.
XƏBƏRİN VİDEOSU
0:00 / 0:00
