Ukraynalı müğənni Vera Brejneva Qazaxıstanda BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən təşkil edilən qala-gecəyə qatılıb.

Dergi.az xəbər verir ki, tədbir UNICEF-in 80 illiyinə həsr edilib. Brejneva sosial media hesabında tədbirdən fotolar paylaşıb və 2010-cu ildən BMT ailəsinin bir hissəsi olduğunu bildirib.

Müğənni qeyd edib ki, bu gecədə iştirak etmək onun üçün çox vacib idi və uşaqların müdafiəsi üçün birgə çalışmanın əhəmiyyətini vurğulayıb.

Əvvəllər Brejneva Qazaxıstanda rusiyalı tamaşaçılar qarşısında çıxış edib və bu, sosial mediada müzakirələrə səbəb olub.