Türkiyəli məşhur rejissor Temel Gürsu, Silivridəki evinin qapılarını açaraq Yeşilçam karyerası haqqında danışıb.

Dergi.az xəbər verir ki, rejissor, Lütfi Akad, Memduh Ün, Atıf Yılmaz kimi ustalarla və Ferdi Tayfur, Türkan Şoray, Fatma Girik, Cüneyt Arkın kimi ulduzlarla keçən illərini və çəkdiyi unudulmaz filmlərin hekayələrini paylaşıb.

Gürsu, Ferdi Tayfur ilə “Çeşme”, “Derbeder” və “Batan Güneş” kimi gişə rekordları qıran filmlərini və “Gırgıriye” seriyasını xatırladıb. O, həmçinin İbrahim Erkalın “Canısı” serialını da qeyd edib.

Rejissor, Memduh Ün ilə yaşadığı maraqlı bir hadisəni də bölüşərək, montaj zamanı yaşadığı çətinlikləri xatırladıb. O, bu təcrübələrin sinema məktəbində öyrədilməyən dərslər olduğunu vurğulayıb.

Temel Gürsu, həmçinin ABŞ-da yaşadığı müddətdə bir film çəkmək istədiyini, lakin mədəniyyət fərqliliklərinin bu layihəni çətinləşdirdiyini bildirib.