Türkiyəli aktrisalar Meral Çetinkaya və Nihal Menzil Batman şəhərinə səfər ediblər. Onlar Batman Sinema Derneği tərəfindən təşkil edilən ‘Bir Ömre Bedel Ustalara Saygı’ tədbirində iştirak edərək mükafat alıblar.

Dergi.az xəbər verir ki, Meral Çetinkaya tədbirdən sonra mətbuat nümayəndələri ilə görüşündə 47 il əvvəl Batmanın Gönüllü kəndində çəkilən Hazal filminin çəkiliş xatirələrini bölüşüb. Aktrisa, o dövrdə kənddə elektrik olmadığını və çəkilişlərin generatorlarla aparıldığını bildirib.

Çetinkaya, kəndin indiki inkişafını və dəyişikliklərini heyrətlə izlədiyini vurğulayıb. O, həmçinin Türkan Şorayın bu kəndə etdiyi ziyarətin təsirini xatırladıb.

Batman Film Festivalının ortaq direktoru Osman Açan tədbirin 15-22 noyabr tarixləri arasında keçiriləcəyini və 50 ölkədən 700 müraciət arasından seçilən 15 finalistin mükafatlandırılacağını bildirib. 22 noyabrda Tamer Leventin iştirakı ilə möhtəşəm bağlanış gecəsi təşkil ediləcək.