Dərgi.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun qərarı ilə 35 nəfər barəsində saxlanılma qərarı verilib.
Artıq 24 nəfər saxlanılıb. Onların arasında müğənni Özcan Deniz, aktrisalar Deniz Çakır və Burcu Özberk, rejissor Cem Karcı da var.
İstintaq narkotik vasitələrin istifadəsi, saxlanılması və ticarəti, eləcə də digər cinayətlərlə bağlı aparılır.
Qeyd edək ki, məşhurlara qarşı narkotik istintaqı 8 oktyabr 2025-ci ildən davam edir.
