Amerikalı müğənni Teylor Svift Las Veqas rəqqasəsi Maren Veydin ona qarşı iddiasına cavab verib.
Dergi.az xəbər verir ki, Maren Veyd Teylorun “The Life of a Showgirl” adlı albomunun onun “Confessions of a Showgirl” adlı kitabı və şousu ilə bağlı marka hüquqlarını pozduğunu iddia edərək müğənnini məhkəməyə verib.
Teylor Svift isə bu iddialardan yorulduğunu bildirərək məhkəmədən məsələyə müdaxilə etməsini tələb edib. Müğənni məhkəmə sənədlərində Maren Veydin son cəhdlərini rədd edib.
Sviftin hüquqşünasları bu iddiaların əsassız olduğunu və müğənninin brendini zədələmək məqsədi daşıdığını qeyd ediblər.
