Türkiyəli müğənni Can Bonomo oğlu Roman ilə birlikdə Bebekdə motosikletlə görüntülənib.

Dergi.az xəbər verir ki, Can Bonomo oğlunu məktəbdən almağa gəldiyini və sıx şəhər tıxacına motosikletlə həll tapdığını bildirib. Müğənni həyat yoldaşı Öykü Karayelin Antalya Qızıl Portağal Film Festivalında qazandığı mükafatla bağlı duyğularını da paylaşıb.

Can Bonomo, həyat yoldaşı Öykü Karayelin “Artakalan” filmindəki çıxışı ilə “Ən Yaxşı Qadın Aktyor” mükafatına layiq görülməsindən qürur duyduğunu vurğulayıb. “Həyat yoldaşım nə qədər uğurlu olsa, o qədər xoşbəxt oluram” deyə bildirib.

Müğənni, Trabzonda film nümayişi səbəbindən olan həyat yoldaşı Öykü Karayelə duyduğu həsrəti də dilə gətirib. “Hazırda Trabzondadır, bir gündür görmürəm, mən də darıxıram” sözləri ilə hisslərini ifadə edib.

Söhbətdən sonra oğlu Roman ilə birlikdə motosikletə minən Can Bonomo, Bebek xəttində sıx tıxacda irəliləyib. Səyahət öncəsi oğluna kaska taxan məşhur müğənninin öz təhlükəsizliyini təmin etməyərək kaskasız yola çıxması diqqət çəkib.