Türkiyəli aktrisa və ssenarist Gupse Özayın uşaqlığından ilham alaraq yazdığı “Gupi və Gülməyən Kral” animasiya filminin təntənəli qala gecəsi keçirilib.
Dergi.az xəbər verir ki, İstanbulda Zorlu Performans Sənətləri Mərkəzində baş tutan qala gecəsinə sənət, cəmiyyət və iş dünyasından bir çox məşhur sima uşaqları ilə qatılıb. Filmin Türkiyənin ilk IMAX animasiya filmi olması və heç bir süni intellekt istifadə edilmədən hazırlanması diqqət çəkib.
Gupse Özay qırmızı xalçada şık kostyumu ilə çıxış edərək, filmin həm uşaqlara, həm də keçmişin səmimi qonşuluq münasibətlərini və isti insan əlaqələrini xatırlayan böyüklərə xitab etdiyini bildirib.
Film nümayişindən əvvəl Gupse Özay və rejissor Arkın Aktaç səhnəyə çıxaraq, səs aktyorları Barış Arduç və Can Bonomonun layihəyə qatılmasını açıqlayıb. Barış Arduç “Rockçı” obrazını, Can Bonomo isə “Uşak” obrazını səsləndirir.
“Gupi və Gülməyən Kral” filmi 23 oktyabrda bütün Türkiyədə kinosevərlərlə görüşəcək.
