Türkiyəli aktrisa Gupse Özay həyat yoldaşı Barış Arduçun 39-cu doğum günü münasibətilə sosial mediada xüsusi paylaşım edib.

Dergi.az xəbər verir ki, Gupse Özay Barış Arduç üçün hazırladığı sürpriz doğum günü paylaşımı ilə sosial mediada diqqət mərkəzində olub. Paylaşım qısa müddətdə izləyicilərdən çoxsaylı bəyənmə və şərhlər toplayıb.

Paylaşımda Barış Arduçun doğum günü münasibətilə çəkilmiş xüsusi bir foto yer alıb.

Gupse Özayın bu jesti cütlüyün pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.