Türkiyənin ATV kanalında yayımlanan “Güneşin Doğduğu Yer” serialının üçüncü bölümündə maraqlı hadisələr baş verib.

Dergi.az xəbər verir ki, baş rollarda Burak Özçivit, Sibel Taşçıoğlu, Görkem Sevindik və Beyza Gümülcine yer alır. Leyla adlı obraz, oğluna qovuşmaq üçün mübarizə apararkən, gözlənilməz bir vəziyyətlə üzləşib. Ceyhun adlı obraz, yanında gətirdiyi pul dolu çantanı təqdim edərək kömək təklif edib, lakin bunun üçün “mənimlə bir gecə…” şərtini qoyub. Bu təklif qarşısında Leyla donub qalıb və həmin an bağ evinə daxil olan Kenan da hadisəyə şahid olub.

Yayımlanan dördüncü bölümün tanıtımında isə gərginlik daha da artıb. Ceyhun, “Mən Leyla’ya aşiq oldum” sözləri ilə duyğularını etiraf edib. Bu etirafın, uşaqlıq dostu Kenan ilə arasındakı əlaqəni necə dəyişəcəyi yeni bölümündə açıqlanacaq.