Türkiyəli aktrisa Beyza Gümülcinə “Günəşin Doğduğu Yer” serialında Leyla obrazını canlandırır. O, “Şamdan Plus” jurnalına verdiyi müsahibədə seriala necə daxil olduğunu, Burak Özçivitlə işləməyi və vəkillikdən aktyorluğa keçidini danışıb.
Dergi.az xəbər verir ki, Gümülcinə seriala təsadüfən qatıldığını bildirib. Aktrisa, layihə haqqında söhbət zamanı tanışlarının təklifi ilə sınaq çəkilişinə qatıldığını və iki gün sonra tərəf müqabili ilə çəkilişlərə başladığını vurğulayıb.
Burak Özçivitlə işləməyi böyük bir rahatlıq kimi təsvir edən Gümülcinə, onun dəstəkləyici və çalışqan olduğunu qeyd edib.
Hüquq sahəsindən aktyorluğa keçidini izah edən aktrisa, vəkil kimi çalışdığını, lakin oxuduğu zamanlardan aktyorluq təhsili aldığını və bu sahəyə yönləndirildiyini bildirib.
Gümülcinə, idmanın həyatında böyük yer tutduğunu və bir müddət kick boksla maraqlandığını, lakin sıx çəkiliş cədvəli səbəbindən fasilə verdiyini də qeyd edib.
