Türkiyəli aktyor Burak Özçivit ailəsi ilə birlikdə çəkdirdiyi fotoşəkili sosial media hesabında paylaşıb. Özçivit, həyat yoldaşı Fahriye Evcen və oğulları Karan ilə Keremlə birgə çəkilən ailə fotosunu “maaile” qeydi ilə yayımlayıb.

Dergi.az xəbər verir ki, paylaşım qısa müddət ərzində izləyicilərin böyük marağına səbəb olub. Foto çox sayda bəyənmə və şərh toplayıb. İzləyicilər, ailənin səmimi pozasına gözəl mesajlarla cavab veriblər.

Burak Özçivit və Fahriye Evcen 2017-ci ildə ailə qurublar. Onlar 2019-cu ildə ilk övladları Karanı, 2023-cü ildə isə ikinci oğulları Keremi qarşılayıblar. Cütlük, gözlərdən uzaq, lakin xoşbəxt bir ailə həyatı sürməkdədir.

Hazırda “Güneşin Doğduğu Yer” layihəsi ilə ekranlara dönməyə hazırlaşan Burak Özçivit, çəkilişlərin intensivliyinə baxmayaraq, ailəsi ilə keçirdiyi anları qiymətləndirməyə davam edir.