Xalq artisti Röya Ayxan müğənni Mərdan Kazımovla yeni duet layihəsinə imza atacaq.
Dərgi.az xəbər verir ki, xalq artisti bu barədə sosial media hesabında məlumat verib.
Röya Ayxan bildirib ki, sənətçilər yeni bir layihədə bir araya gələcək və duet ifa edəcəklər. O, paylaşımında layihənin təfərrüatlarını açıqlamasa da, Mərdan Kazımov haqqında olduqca tərifli fikirlər səsləndirib.
Xalq artisti müğənninin sənətini çox bəyəndiyini vurğulayaraq onun ifaçılıq qabiliyyətinə yüksək qiymət verib.