Türkiyəli müğənni Göksel kişilər haqqında verdiyi açıqlama ilə diqqət çəkib.

Dergi.az xəbər verir ki, Göksel bir tədbirdə iştirak edərkən jurnalistlərin suallarını cavablandırıb. Müğənni “Kişilərdən uzaq duracaqsan” ifadəsini işlədib və bu sözlər sosial mediada geniş müzakirələrə səbəb olub.

Sənətçi açıqlamasında bu ifadəni zarafatla söylədiyini və hər kəsin öz həyatını istədiyi kimi yaşama haqqına sahib olduğunu vurğulayıb.

Göksel, şəxsi həyatına dair bu cür açıqlamaların ciddiyə alınmaması lazım olduğunu bildirib.