Müğənni Miro kişi ifaçılarla duet oxumaq məsələsində sərt mövqeyi ilə diqqət çəkib.

Dergi.az xəbər verir ki, Gəncə rep məktəbinin yetirməsi olan sənətçi oğlan ifaçılarla birgə layihələrə isti baxmadığını açıq şəkildə bildirib.

“Mən kişilərlə duet oxumağa tövbə eləmişəm! Bircə doğma qardaşımla duetim var, vəssalam”, – deyə Miro söyləyib.

İfaçı iki kişi ifaçının sevgi mövzusunda duet oxumasını qəbul etmədiyini bildirib.

“İki oğlan niyə bir yerə gəlib sevgidən duet oxumalıdır ki? Mənim üçün bu qətiyyən qəbulolunmazdır. Bizim öz zövqümüz və mental çərçivələrimiz var”, – deyə o qeyd edib.

Miro əlavə edib ki, onun fikrincə, kişi ifaçı sevgi və ayrılıq mövzularını solo şəkildə təqdim etməlidir.

Dergi.az

XƏBƏRİN VİDEOSU