Yazıçı Kəramət Böyükçöl Xalq artisti Vasif Məhərrəmlinin 2000 manatlıq pulqabı işlətməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Dergi.az xəbər verir ki, o, “Zarafat bir yana” verilişində bahalı əşyalarla gündəmə gələn sənətçiləri tənqid edib.
Kəramət Böyükçöl hesab edir ki, bəzi insanlar daxili boşluqlarını bahalı maşınlar, böyük evlər və lüks əşyalarla doldurmağa çalışırlar.
“İnsan pulu qoymağa yer tapmayanda bahalı pulqabı alır. Daxilən boş olan adamlar o boşluğu həmişə çöldə nə iləsə doldurmağa çalışırlar – istəyirlər maşınları yekə, evləri beşmərtəbə olsun. 10 manatlıqla 2000 manatlıq pulqabını yanaşı qoysan, fərqini bilmərəm”, – deyə yazıçı bildirib.
O, Vasif Məhərrəmlinin bahalı pulqabısından istifadə etməsinin onun sənətə münasibətini dəyişmədiyini də vurğulayıb:
“Sən 2000 manatlıq pulqabı işlətsən də, işlətməsən də, mənim üçün Fərdi Tayfur səndən qat-qat yaxşı müğənnidir”.
Dergi.az
