Yazıçı Kəramət Böyükçöl ona 4 milyon manat dəyərində obyekt hədiyyə olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Dergi.az xəbər verir ki, o, “Zarafat bir yana” verilişində bu məlumatları böhtan adlandıraraq məsələnin əsl mahiyyətini açıqlayıb.
Kəramət Böyükçölün sözlərinə görə, söhbət ona hədiyyə edilən obyektdən deyil, əvvəllər sahib olduqları torpaq sahəsinə çıxarış alınmasından gedir.
“İnsan o qədər ləyaqətsiz ola bilməz ki, ona obyekt verələr, o da çıxıb dana. Bu, tamamilə böhtandır. Sadəcə Prezidentin 2023-cü ilə qədər tikilmiş qeyri-yaşayış sahələrinin sənədləşdirilməsi ilə bağlı fərmanı var. Minlərlə vətəndaş kimi mən də qəsəbənin ortasında, yoldan beş kilometr kənarda olan köhnə torpaq sahəmizə çıxarış almışam”, – deyə yazıçı bildirib.
O, obyektin 4 milyon manat dəyərində olması iddiasına da münasibət bildirib və belə bir məbləğə inananlara təklif ünvanlayıb:
“Kim deyirsə 4 milyonluqdur, gəlsin 200 min manat versin, obyekti ona verim”.
Dergi.az
