Bir neçə gün əvvəl övladını itirən aparıcı Çinarə Əliyeva bununla bağlı sosial media hesabında paylaşım edib.

Dərgi.az xəbər verir ki, aparıcı övladının bətnində olarkən qüsurlu olmasından xəbərdar olduğunu təsdiqləyib.

“Artıq hadisədən xəbəriniz var. Çox çətin anlar yaşayıram. Bilirəm, bu da keçəcək. 28-ci həftədən biz bu xəbəri bilirdik. Amma şansımız var deyirdik. Doplerə qalanda, atıq görünəndə gec idi. Mən də dedim ki, uşaq qalsın. Əməliyyat edək, bəlkə, 5 faiz yaşamağa şansı olar. Yenə də hər şey Allahın əlindədir. Demək ki, belə olmalı imiş.

Bir onu deyim ki, mən indi əziyyət çəkirəm. İnşallah ki, Allahım mənə bir daha ana olmağı nəsib edər. Buna çox inanıram. Allah heç bir zaman məni darda qoymayıb. Heç kimi qınamayaq. İlk növbədə hər dəqiqə yanımda olan həyat yoldaşıma və anama təşəkkür edirəm. Biz çox böyuk sınaqdan keçdik” deyə, Çinarə vurğulayıb.

Qeyd edək ki, Çinarə Ruslan Rəsulla ailəlidir.

XƏBƏR NÖVÜ:

GÜNDƏM, MANŞET,

Yenilənib: 14:02 13.06.2024