Amerikalı aktyorlar Austin Butler və Danny Ramirez “Miami Vice ’85” filminin çəkiliş meydançasında görüntülənib.
Dergi.az xəbər verir ki, aktyorlar pastel rəngli və geniş kostyumlarla 1980-ci illərin Mayami stilini canlandırıblar. Çəkilişlərdə onların gözlük taxdığı da diqqət çəkib.
“Miami Vice ’85” filminin çəkilişləri hazırda davam edir və retro stilinə sadiq qalması ilə fərqlənir.
Film, məşhur “Miami Vice” serialının yenidən çəkilmiş versiyasıdır.
